Sabah yağış yağacaq, dolu düşəcək

Cəmiyyət

10.10.2024 14:20

Oktyabrın 11-də gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən TodayPress-ə verilən xəbərə görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir.

Əsasən səhər və axşam bəzi yerlərdə qısamüddətli yağış yağacağı, şimşək çaxacağı ehtimalı var.

Şimal-şərq küləyi gündüz mülayim cənub-şərq ilə əvəz olunacaq. Havanın temperaturu gecə 15-19° isti, gündüz 20-24° isti olacaq. Atmosfer təzyiqi 760 mm civə sütunu olacaq.

Nisbi rütubət gecə 70-80 %, gündüz 50-55 % olacaq. Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin gündüzdən başlayaraq bəzi yerlərdə arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir.

Axşam ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv və güclü olacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Gecə və səhər arabir duman olacaq. Şərq küləyi gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 12-17° isti, gündüz 22-27° isti, dağlarda gecə 6-11° isti, gündüz 14-18° isti olacaq.

tag: Hava, Temperatur, Yağmursuz, Azərbaycan,Yağış,Todaypress.az,