Sabah Xəzər rayonunda qaz olmayacaq
Cəmiyyət
01.10.2024 19:00
Sabah Bakının Xəzər rayonunun bir hissəsinin qaz təchizatında fasilə yaranacaq.
Bu barədə TodayPress-ə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinə istinadən xəbər verir.
Bildirilir ki, Xəzər rayonu, Qala qəsəbəsində qaz xəttinin yerinin dəyişdirilməsi məqsədi ilə oktyabrın 2-də saat 10:00-dan işlər yekunlaşanadək qaz təchizatının dayandırılması, işlər tamamlandıqdan sonra qaz təchizatının bərpası nəzərdə tutulur.
Qaz təchizatı dayandırılan müddətdə Xəzər rayonunun Stansiya Qala yaşayış massivinin təchizatında müvəqqəti fasilə yaranacaq.
tag: Xəzər ,SOCAR,Azəriqaz,Qala ,todaypress.az,