Sabah Nəsimi rayonunun bəzi ərazilərində qaz olmayacaq
Cəmiyyət
16.10.2024 22:56
Sabah Bakının Nəsimi rayonunun bəzi
ərazilərinin qaz təchizatında fasilə yaranacaq.
TodayPress bu
barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat
Birliyinə istinadən xəbər verir.
Bildirilib ki, Nəsimi rayonunun M.
Qaşqay və S. Əsgərova küçələrinin kəsişməsində siyirtmənin əvəz olunması
məqsədilə oktyabrın 17-də saat 10:00-dan etibarən qaz təchizatı dayandırılacaq.
Təmir-bərpa işləri aparılan
müddətdə M. Qaşqay, Ə. Qasımzadə, N. Vəzirov, H.Sarabski, M. Kaveroçkin,
Dağıstan, İ.Həmidov, E.Tağızadə, S.Rüstəm, V. Plotnikov, R.Axundov, S.Zeynalov,
M.Rəfili, Ş.Əzizbəyov, A. Bakıxanov, Q.Quliyev, H.Ələsgərova, İ.Qasımov
küçələrinin, həmçinin Vaqif və Azadlıq prospektlərinin qaz təchizatında
müvəqqəti fasilə yaranacaq.
tag: Qaz, Nəsimi, Təmir,SOCAR, Neft, todaypress.az,