Sabah hava yağmursuz olacaq
Martın 7-də gözlənilən hava şəraiti açıqlanıb.
Bu barədə TodayPress-ə Milli Hidrometeorologiya Xidmətindən məlıumat verilib.
Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Cənub-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 2-7° isti, gündüz 12-17° isti olacaq. Atmosfer təzyiqi 769 mm civə sütunu təşkil edəcək.
Nisbi rütubət gecə 65-75 %, gündüz 50-55 % olacaq. Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir.
Bəzi yerlərdə arabir duman olacaq.
Şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 1-6° isti, gündüz 13-18° isti, dağlarda gecə 3° şaxtadan 2°-dək isti, gündüz 10-15° isti olacaq.
tag: Hava,Temperatur, Atmosfer,Yağmursuz,Todaypress.az,