Sabah Binəqədidə işıq olmayacaq

Cəmiyyət

06.04.2025 23:15

18

Bakının Binəqədi rayonunda yenidənqurma və təmir işləri ilə əlaqədar aprelin 7-də elektrik enerjisinin verilişində fasilə yaranacaq. 

TodayPress xəbər verir ki, bu barədə "Azərişıq" ASC-dən məlumat verilib. 

Binəqədi Rayon Enerji Təchizatı və Satışı İdarəsi (RETSİ) ərazisində 6 kV-luq hava xəttində təmir işlərinin aparılması və yeni Transformator Məntəqəsinin quraşdırılması işləri ilə əlaqədar bir sıra qəsəbələrdə elektrik xətləri sifarişə əsasən açılacaq.

Bununla əlaqədar olaraq saat 11:00-dan saat 16:00-dək Sulutəpə və Xocəsən qəsəbələrində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq. Yenidənqurma və təmir işləri başa çatdıqdan sonra sözügedən ərazilər daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.

tag: Bakı,Binəqədi,İşıq,Enerji,todaypress.az,