Sabah Bakının bəzi ərazilərində qaz təchizatı dayandırılacaq
Cəmiyyət
29.01.2025 23:39
Sabah Bakının bəzi ərazilərində qaz
təchizatı dayandırılacaq.
Bu barədə TodayPress-ə “Azəriqaz” İB-dən
bildirilib.
Məlumata görə, “Buzovna 1-97” QTM-dən qidalanan qaz
xəttində aşkar olunmuş qaz sızmasının ləğv olunması, Pirşağı-Novxanı-Xırdalan-M4
yeni avtomobil yolunun tikintisi ilə əlaqədar “Bilgəh-1” qaz xəttinin tikinti
sahəsinə düşən hissəsinin təhlükəsiz əraziyə köçürülməsi, birləşmə işləri,
həmçinin Binəqədi rayonu, S.S.Axundov küçəsi 37 ünvanında yerləşən çoxmərtəbəli
yaşayış binasının təbii qazla təmin olunması məqsədilə 30.01.2025-ci il saat
10:00-dan etibarən qaz təchizatının dayandırılması planlaşdırılır.
Qaz təchizatı dayandırılan müddətdə Sabunçu rayonu üzrə
Nardaran və Pirşağı qəsəbələrinin, Bilgəh qəsəbəsi, Ləhic bağlarının, Pirşağı
qəsəbəsi, Sovxoz yaşayış massivinin və Binəqədi rayonu üzrə S.S.Axundov,
A.Kunanbayev, Aydınbəyov, İ.Hacıyev küçələrinin qaz təchizatında müvəqqəti
fasilə yaranacaq.
tag: Bakı, Qaz,Fasilə, Novxanı, Pirşağı, Binəqədi, todaypress.az,