Sabah 8 dərəcə şaxta olacaq - XƏBƏRDARLIQ

Cəmiyyət

28.02.2025 13:35

1877

Bakıda və Abşeron yarımadasında martın 1-dən 2-nə keçən gecə 5-8 dərəcə şaxta olacaq.

TodayPress xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətidən məlumat verilib. 

Bildirilib ki, havanın minimal temperaturunun Aran rayonlarında 3-8, dağlıq rayonlarda 13-18, yüksək dağlıq ərazilərdə 19-24 dərəcə şaxta olacağı gözlənilir.

Gözlənilən qarlı və şaxtalı hava şəraiti ilə əlaqədar ölkə ərazisində bəzi yollar buz bağlayacaq.

tag: Bakı,Abşeron,Şaxta,Qar,Hava,todaypress.az,