Sabah 37 dərəcə isti olacaq - PROQNOZ
Cəmiyyət
04.07.2024 13:49
İyulun 5-də Bakıda hava yağmursuz keçəcək, rayonlarda isə
şimşək çaxacaq, yağış yağacaq, dolu düşəcək.
Bu
barədə TodayPress-ə Milli Hidremeteorologiya İdarəsindən məlumat
verilib.
Qeyd
edilib ki, Bakıda
və Abşeron
yarımadasında
cənub-şərq küləyi əsəcək.
Havanın temperaturu gecə
20-25° isti, gündüz 32-37° isti olacaq. Atmosfer təzyiqi 755 mm civə sütunu
olacaq. Nisbi rütubət gecə 60-70 %, gündüz 40-45 % olacaq.
Azərbaycanın
rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz dağlıq ərazilərdə
qısamüddətli yağış yağacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Gecə
və səhər bəzi yerlərdə duman olacaq. Şərq küləyi əsəcək.
Havanın temperaturu gecə
20-25° isti, gündüz 32-37° isti, dağlarda gecə 8-13° isti, gündüz 18-23° isti
olacaq.
tag: Hava, Proqnoz,Hidremeteorologiya,Temperatur, todaypress.az,