Rəhman Hacıyev: “Qarabağda mina potensial təhlükə kimi qalmaqdadır “

Cəmiyyət

30.10.2024 11:32

“Qayıdış, doğma torpaqlara qovuşmaq təhlükəsizlik təmin edilməsə, mümkün deyil”. 

TodayPress xəbər verir ki, bunu Qarabağ Dirçəliş Fondunun İdarə Heyətinin sədri Rəhman Hacıyev jurnalistlərə açıqlamasında deyib. 

Onun sözlərinə görə, işğaldan azad edilmiş ərazilərdə ANAMA və Fondun qarşılaşdığı ən böyük təhlükə məhz minalardır. Hazırda Qarabağda erməni separatçılardan geriyə sadəcə onlar qalıb. Hələ də minlələrlə mina potensial təhlükə kimi Qarabağda qalmaqdadır. Bu işdə təşkilatlar tərəfindən ianə edilən təchizatlar ciddi kömək olur. Odur ki, biz bütün təşkilatları bir olmağa səsləyirik. 

Qeyd edək ki, tədbir zamanı iştirakçılara mina problemi, işğaldan azad edilmiş ərazilərdə aparılan minatəmizləmə əməliyyatlarının gedişatı ilə bağlı məlumat verilib, bu problemin həllində ölkə ictimaiyyətinin daha yaxından iştirakı ətrafında müzakirələr aparılıb.

Eyni zamanda tədbirdə işğaldan azad edilmiş ərazilərin minalardan təmizlənməsinə və Böyük Qayıdış prosesinin sürətlənməsinə töhfə vermək məqsədi ilə "Azərlotereya" ASC tərəfindən alınmış üç minaaxtaran itin Fondun vasitəçiliyi ilə ANAMA-ya təqdim edilməsi də nəzərdə tutulur.

Töhfə Səməd

tag: Rəhman Hacıyev, Qarabağ, Tədbir, Mina, Sosial, todaypress.az,