Rauf Hacıyev: “İqlim dəyişmələri ilə mübarizədə maliyyə resurslarının ayrılması vacibdir”
Cəmiyyət
05.12.2024 11:50
“İqlim dəyişmələri ilə bağlı problemlərin həlli üzrə maliyyə resurslarının ayrılması vacibdir”.
TodayPress xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirinin müavini Rauf Hacıyev Azərbaycan Uşaqlarının VI Ümumrespublika Forumunda deyib.
Onun sözlərinə görə, iqlim dəyişmələri ilə mübarizə yalnız dövlətin deyil, gənclərin də fəal iştirakı ilə daha effektiv ola bilər. Gənclərin problemin həllində faktiv iştirakı, ekoloji maarifləndirmə proqramları iqlim dəyişmələri ilə mübarizəyə töhfə verir.
Qeyd edək ki, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Elm və Təhsil Nazirliyi ilə əməkdaşlığı çərçivəsində keçirilən forumda Azərbaycanın bütün şəhər və rayonlarından olan 300 uşaq, eləcə də Türkiyə Cümhuriyyətini təmsil edən uşaqlar iştirak edir. Bu forum 2024-cü ilin şüarı olan “Yaşıl dünya naminə həmrəylik ili”nə əsaslanaraq “Uşaqlar və Ekologiya” kimi adlandırılıb.
Xatırladaq ki, Ümumrespublika Uşaq Forumları uşaqların öz hüquqlarına dair qərarların qəbul olunmasında iştirakını təmin etmək, onlara problemlərinin həlli ilə bağlı təşəbbüslər irəli sürmək və təkliflər vermək imkanı yaratmaq, ictimaiyyətin diqqətini uşaq hüquqlarının qorunmasına yönəltmək baxımından əhəmiyyətlidir. Keçirilən Forumların əsas xüsusiyyəti və fərqləndirici cəhəti onu bütünlüklə uşaqların idarə etməsidir.
Töhfə Səməd
tag: Uşaq Forumları,Rauf Hacıyev, İqlim, Forum,todaypress.az,