Quru sərhədlər niyə açılmır? - Millət vəkili danışdı
Cəmiyyət
25.11.2024 17:18
"Sərhədlərin açılması Rusiya-Ukrayna müharibəsindən 100 minlərlə qeyri-azərbaycanlı qaçqınların ölkəmizə axını ilə nəticələnəcək".
TodayPress xəbər verir ki, bunu Milli Məclisin deputatı Zahid Oruc deyib.
Onun sözlərinə görə, bu məsələdə əhali ilə açıq danışmaq lazımdır.
"O cümlədən, İranda hərbi zərbələrdən canını və sərvətlərini qorumaq üçün 100 minlərlə insan Azərbaycana keçməyə hazırdır. Belə qaçqın dalğasının gətirdiyi humanitar, sosial, mədəni fərqlərin toqquşması siyasi sabitliyi təhdid edə bilər".
tag: Rusiya, Ukrayna, Zahid Oruc, Deputat, Azərbaycan, Quru Sərhədlər, todaypress.az,