Qubanın Qırız kəndində 12 sm hündürlüyündə qar yağdı
Cəmiyyət
03.12.2024 11:47
Quba rayonunun yüksək dağlıq ərazilərinə qar yağıb.
Rayonda yerləşən Şimal-Şərq Regional Hidrometeorologiya Mərkəzindən TodayPress-ə bildiriblər ki, Qırız kəndində qar örtüyünün hündürlüyü 12, Xınalıqda isə 1 santimetrdir.
Qar yağması ilə əlaqədar dağlıq ərazilərdə temperatur düşüb.
Ən minimal temperatur - mənfi 8 dərəcə Qırız kəndində qeydə alınıb.
tag: Quba, Qar, Temperatur, Qırız, todaypress.az,