Qobustan və Ələtin qaz təchizatında müvəqqəti fasilə yaranacaq

Cəmiyyət

29.12.2024 12:00

Qaradağ rayonu, Ələt qəsəbəsində yeni çəkilmiş ortatəzyiqli qaz xəttinin mövcud mənbəyə birləşdirilməsi ilə əlaqədar olaraq, dekabrın 29-da saat 10:00-dan etibarən qaz təchizatının dayandırılması planlaşdırılır.

Bu barədə TodayPress-ə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinə istinadən xəbər verir.

Bildirilib ki, alternativ mənbədən istehlakçıların qaz təchizatı təmin ediləcək.

Lakin alternativ mənbənin təmin edilməməsi halında, Qaradağ rayonu, Qobustan və Ələt qəsəbələri, Kötəl və Şıxlar yaşayış massivlərinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

tag: Qaradağ ,Ələt ,SOCAR,Qobustan ,Kötəl ,Qaz,todaypress.az,