QHT Qəbələdə rayonunda bələdiyyələrin fəaliyyətini təkmilləşdirəcək

Cəmiyyət

12.05.2025 16:38

37

“Bələdiyyələrin fəaliyyətinin təbliği” İctimai birliyi  Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə növbəti layihənin icrasına start verib.

TodayPress xəbər verir ki, bu fikirləri adıçəkilən birliyin sədri Vüqar Tofiqli (Cəfərov) bildirib. 

Onun sözlərinə görə, “Bələdiyyələrin fəaliyyətinin təkmilləşdirilməsi” adlanan layihənin əsas məqsədi bələdiyyə ərazisindəki tarixi-mədəniyyət abidələrinin qorunması, mühafizəsi və təbliğinin təşkilində bələdiyyələrin işinin səmərəli qurulmasına nail olmaqdır. 

Sədr bildirib ki, layihə çəçivəsində Qəbələ rayonunda  yeni seçilmiş bələdiyyə üzvləri və qulluqçularının iştirakı  ilə tarixi-mədəniyyət abidələrinin qorunması, mühafizəsi və təbliği mövzusunda  keçiriləcək görüşlərdə Mədəniyyət və Ədliyyə nazirliyinin  nümayəndələrinin iştirakı ilə aparılması nəzərdə tutulur. 

Bundan başqa layihə çərçivəsində Qəbələ rayon ərazisində olan tarixi-mədəniyyət abidələri haqqında sosial çarx hazırlanacaq. Bu sosial çarxda Qəbələ rayon ərazisində olan tarixi-mədəniyyət abidələri haqqında məlumatlar da öz əksini tapacaq. 

Hazırlanacaq sosial çarx  müasir texnologiyaların imkanlarından istifadə edərək internet resurslarında və sosial şəbəkələrdə yayımlanacaq.  Keçiriləcək görüşlərdə əsasən yeni aşkarlanan tarixi mədəniyyət abidələrinin qeydə alınması, mövcud abidələrin bərpası, mühafizəsi və qorunması istiqamətində görüləcək işlər barədə, o cümlədən  müasir informasiya texnologiyaların imkanlarından istifadə edərək tarixi mədəniyyət abidələrinin təbliği istiqamətində görüləcək işlər haqqında müzakirələr aparılacaq.

Sədr layihə çərçivəsində nəzərdə tutulan işləri vaxtında və layiqincə həyata keçirməklə Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agnetliyinin göstərdiyi etimadı doğruldacağına ümid edir.

tag: QHT,Qəbələ,Bələdiyyə,Fəaliyyət,Todaypress.az,