Qəzaya uğrayan təyyarənin sərnişini danışdı: “Təyyarə 3 dəfə cəhd etdi, amma...”

Cəmiyyət

26.12.2024 16:00

“Müşahidələrimə görə, təyyarəni Qroznıya endirmək üçün üç dəfə cəhd olundu. Hər biri uğursuzluqla yekunlaşdı".

TodayPress xəbər verir ki, bunu qəzadan sağ çıxan Sübxonkul Rəhimov "TASS"a bildirib. O, qeyd edib ki, sərnişinlər vəziyyətin ciddiliyini təyyarə Qroznıdan çıxanda anlayıblar:

"Mən çox narahat deyildim. Düşündüm ki, o, enə bilməsə, başqa şəhərə uçacaq. Amma vəziyyət artıq nəzarətdən çıxmışdı. Başa düşdük ki, bundan sonra sağ qalmağa çalışmaq lazımdır"

Sübxonkul Rəhimov, stüardessanın peşəkar və özünə inamlı davranışını xüsusi qeyd edib.

Xatırladaq ki, AZAL-a məxsus Bakı-Qroznı aviareysini həyata keçirən sərnişin təyyarəsi dekabrın 25-də Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Avialaynerin göyərtəsində olan 67 nəfərdən 38-i həlak olub, 29-u sağ qalıb.

Töhfə Səməd

tag: AZAL ,Aktau, Qəza ,Uçuş ,todaypress.az,