Qəzaya uğrayan AZAL təyyarəsi Rusiyanın "Pantsir-S" raketi ilə vurulub
Cəmiyyət
04.02.2025 22:11
Dekabrda qəzaya uğrayan AZAL təyyarəsi Rusiyanın
"Pantsir-S" raketi ilə vurulub.
TodayPress xəbər
verir ki, bu barədə "Reuters" agentliyi hökumətdəki mənbələrinə
istinadən məlumat yayıb.
Məlumata
əsasən, Azərbaycan hökumətindəki mənbə çərşənbə axşamı agentliyinə bildirib ki,
dekabr ayında Rusiyadan Qazaxıstana yönləndirildikdən sonra qəzaya uğrayan
Azərbaycan sərnişin təyyarəsi Rusiyanın "Pantsir-S" hava hücumundan
müdafiə sistemi ilə vurulub.
"Azərbaycan
tərəfində təyyarədən çıxarılan və beynəlxalq ekspertiza nəticəsində müəyyən
edilmiş "Pantsir-S" raketinin fraqmenti var” mənbə bildirib.
"Azərbaycan
Hava Yolları"na məxsus sərnişin təyyarəsinin dekabrın 25-də Rusiyanın
cənubundan Xəzər dənizi üzərindən marşrutunu dəyişərək Qazaxıstanın Aktau
şəhəri yaxınlığında qəzaya uğraması nəticəsində 38 nəfər həlak olub.
tag: Aktau, Qazaxıstan, Təyyarə, Qəza, Qara Qutu, todaypress.az,