Qeyri-sabit hava ilə bağlı XƏBƏRDARLIQ

Cəmiyyət

15.04.2025 16:21

11

Aprelin 15-dən 16-na keçən gecədən Bakıda və Abşeron yarımadasında yağışın leysan xarakterli intensiv olacağı, günün birinci yarısınadək yarımadanın bəzi yerlərində güclənəcəyi gözlənilir.

TodayPress xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətinin yaydığı növbəti xəbərdarlıqda qeyd edilib.

Bildirilib ki, ölkə ərazisində fasilələrlə müşahidə olunan yağıntının aprelin 15-dən 16-na keçən gecədən başlayaraq intensivləşəcəyi, əsasən Böyük Qafqaz zonasının bəzi rayonlarında yağıntıların aramsız güclü olacağı gözlənilir. Dağlıq ərazilərdə fasilələrlə intensiv qar yağacağı ehtimalı var.

Qərb küləyi 15-20 m/s, bəzi rayonlarda arabir 25-30 m/s-dək güclənəcək.

Əlverişsiz hava şəraiti qərb rayonlarında aprelin 17-si gecəyədək, şərq rayonlarında isə səhərədək davam edəcək.

Ölkənin əksər yerli çaylarında yüksək sululuğun davam edəcəyi, əsasən dağ çaylarından sel və daşqın keçəcəyi gözlənilir.

tag: Yağış,Qar,Hava,Soyuq,todaypress.az,