“Qərbi Nil” virusu Azərbaycana gəlir? - RƏSMİ

Cəmiyyət

30.08.2024 17:03

Azərbaycan“Qərbi Nil” virusuna endemik ölkə deyil. 

Bu barədə TodayPress-in sorğusuna cavab olaraq Səhiyyə Nazirliyindən bildirilib.  

Qeyd olunub ki, digər ölkələrdən gətirilmə hadisəsi olarsa, onun yayılma riski sıfıra bərabərdir. 

“Çünki bu virusun ötürülməsində iştirak edən daşıyıcı ağcaqanad növü bizim ölkəmizin ərazisində mövcud deyil” deyə qurumdan qeyd olunub. 

Günəş Mərd

tag: Azərbaycan, Nil, Xəstəlik, TƏBİB, Səhiyyə Nazirliyi, Ağcaqanad, todaypress.az,