Qazaxıstanda təyyarə qəzasında həlak olan 24 nəfərin nəşi Bakıya gətirildi-YENİLƏNDi/FOTO
Cəmiyyət
28.12.2024 23:45
AZAL-ın “Embraer-190” təyyarəsinin qəzaya
uğraması nəticəsində həlak olan 24 azərbaycanlının (3 ekipaj üzvü və 21
sərnişin) cənazəsi Qazaxıstandan Bakıya gətirilib.
TodayPress xəbər verir ki, cənazələri daşıyan təyyarə
Heydər Əliyev adına Beynəlxalq Hava Limanına eniş edib.
Xatırladaq ki, AZAL-a məxsus Bakı-Qroznı aviareysini
həyata keçirən sərnişin təyyarəsi dekabrın 25-də Qazaxıstanın Aktau şəhəri
yaxınlığında qəzaya uğrayıb. Təyyarənin göyərtəsindəki 67 nəfərdən 42-si
Azərbaycan, 16-sı Rusiya, 6-sı Qazaxıstan, 3-ü isə Qırğızıstan vətəndaşı olub.
Onlardan 38-i həlak olub, 29-u sağ qalıb. Qəzadan sonra
xəstəxanaya 27 şəxs daxil olub. Onlardan 15 nəfər Azərbaycan Respublikasının, 8
nəfər Rusiya Federasiyasının, 3 nəfər Qırğızıstan Respublikasının vətəndaşıdır.
Hər iki pilot da daxil olmaqla 3 ekipaj üzvü həlak olub,
iki ekipaj üzvü isə sağ qalıb. Dekabrın 26-da Azərbaycana 14 yaralı və 4
nəfərin meyiti gətirilib.
Qeyd edək ki, hadisədən sonra dövlət başçısının tapşırığı
ilə təyyarə qəzasının səbəblərinin araşdırılması üçün Baş nazir Əli Əsədovun
rəhbərliyi ilə Dövlət Komissiyası yaradılıb.
Eyni zamanda Prezident İlham Əliyev dekabrın 26-nın
Azərbaycanda matəm günü elan olunması barədə sərəncam imzalayıb.
***
23:56
Bu gün yerli vaxtla saat 23:30-da
(22:30 Bakı) AZAL aviaşirkətinə məxsus təyyarənin qəzaya uğraması nəticəsində
faciəvi şəkildə həlak olan 3 ekipaj üzvü də daxil olmaqla 24 Azərbaycan
vətəndaşının nəşi Aktaudan Bakıya göndərilib.
TodayPress-in məlumatına görə, cənazələri daşıyan təyyarə Heydər Əliyev adına Beynəlxalq Hava Limanına eniş edəcək.
Bir neçə gün ərzində meyitlərin DNT testləri və qohumların ifadələri əsasında tanınması üçün gərgin iş aparılıb.
Qeyd olunub ki, bundan əvvəl xəsarət almış 14 Azərbaycan
vətəndaşı tibbi yardım göstərildikdən sonra Vətənə gəlib.
Xatırladaq ki, AZAL-a məxsus Bakı-Qroznı aviareysini
həyata keçirən sərnişin təyyarəsi dekabrın 25-də Qazaxıstanın Aktau şəhəri
yaxınlığında qəzaya uğrayıb. Təyyarənin göyərtəsindəki 67 nəfərdən 42-si
Azərbaycan, 16-sı Rusiya, 6-sı Qazaxıstan, 3-ü isə Qırğızıstan vətəndaşı olub.
Onlardan 38-i həlak olub, 29-u sağ qalıb. Qəzadan sonra xəstəxanaya 27 şəxs
daxil olub. Onlardan 15 nəfər Azərbaycan Respublikasının, 8 nəfər Rusiya
Federasiyasının, 3 nəfər Qırğızıstan Respublikasının vətəndaşıdır. Bir nəfərin
şəxsiyyəti hələlik müəyyən edilməyib.
Hər iki pilot da daxil olmaqla 3 ekipaj üzvü həlak
olub, iki ekipaj üzvü isə sağ qalıb. Dekabrın 26-da Azərbaycana 14 yaralı və 4
nəfərin meyiti gətirilib.
Qeyd edək ki, hadisədən sonra dövlət başçısının
tapşırığı ilə təyyarə qəzasının səbəblərinin araşdırılması üçün Baş nazir Əli
Əsədovun rəhbərliyi ilə Dövlət Komissiyası yaradılıb.
Eyni zamanda Prezident İlham Əliyev dekabrın 26-nın
Azərbaycanda matəm günü elan olunması barədə sərəncam imzalayıb.
tag: Qazaxıstan, Aktau, Qəza, AZAL,todaypress.az,