Qazaxıstan XİN Azərbaycana başsağlığı verdi
Cəmiyyət
26.12.2024 05:56
Qazaxıstanın Xarici İşlər Nazirliyi baş verən qəza ilə bağlı Azərbaycana
başsağlığı verib.
TodayPress xəbər verir ki, bu barədə
nazirliyin "X" sosial şəbəkə hesabında qeyd olunub
"Biz Aktau şəhərində Azərbaycan Hava Yollarına məxsus
sərnişin təyyarəsinin qəzaya uğraması ilə bağlı zərərçəkmiş ailələrə və
yaxınlarına dərin hüznlə başsağlığı veririk. Bu çətin dövrdə sizin kədərinizi
paylaşırıq" paylaşımda deyilir.
Qeyd edək ki, AZAL-a məxsus təyyarənin
Aktau yaxınlığında qəzaya düşməsi nəticəsində çoxsaylı insan itkisi səbəbindən
bu gün Azərbaycanda matəm günüdür. Bununla bağlı Prezident İlham Əliyev
Sərəncam imzalayıb.
Dekabrın 25-də “Azərbaycan Hava Yolları”nın
Bakı-Qroznı reysini yerinə yetirən “Embraer” təyyarəsi Qazaxıstanın Aktau
şəhəri yaxınlığında qəzaya uğrayıb.
Təyyarənin göyərtəsində olan 67 nəfərdən 42-si
Azərbaycan, 16-sı Rusiya, 6-sı Qazaxıstan, 3-ü isə Qırğızıstan vətəndaşı olub.
Məlumata görə, sərnişinlərin 29-u sağdır.
Aynur TAC
tag: AZAL, Qazaxıstan, Aktau, Qəza, Təyyarə, Azərbaycan, todaypress.az,