Qazaxıstan FHN xilasetmə əməliyyatları ilə bağlı açıqlama yaydı

Cəmiyyət

25.12.2024 12:45

Bakı-Qroznı reysini yerinə yetirən təyyarənin Aktauda qəza enişi etməsindən sonra hadisə yerində xilasetmə əməliyyatları davam edir.

TodayPress-in məlumatına görə, Qazaxıstan Fövqəladə Hallar Nazirliyindən (FHN) verilən məlumata görə, hadisə yerinə 52 nəfərlik xilasetmə personalı və 11 xüsusi texnika cəlb olunub.

Hadisə yerinə çatan xilasetmə qrupları təyyarənin yanmasını müşahidə ediblər və dərhal yanğınsöndürmə əməliyyatlarına başlayıblar.

İlkin məlumata əsasən, hadisədə sağ qalanlar var. Hazırda zərərçəkənlərin sayı və vəziyyəti dəqiqləşdirilir.

FHN-nin Komanda Mərkəzində respublika əməliyyat qərargahı yaradılıb.

tag: Azal, Təyyarə, Qəza, Sağ qalan ,todaypress.az,