Qaxın 26 kəndində qaz olmayacaq

Cəmiyyət

17.04.2025 13:03

12

Sabah Qax rayonunun qaz təchizatında fasilə yaranacaq. 

Bu barədə TodayPress-ə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib. 

Bildirilib ki, İstehsalat Birliyinin Zaqatala Regional Qaz İstismar İdarəsinin Qax xidmət sahəsində Qax qazpaylayıcı stansiyasında (QPS) istismara yararsız d-200 mm-lik siyirtmənin əvəzlənməsi, Turaclı kəndində d-250 mm-lik siyirtmənin quraşdırılması, Alatəmir kəndində d-273 mm-lik orta təzyiqli qaz xəttinin deformasiyaya uğramış hissəsinin əvəzlənməsi ilə əlaqədar aprelin 18-də saat 09:30-dan etibarən şəhər və 26 kəndinin qaz təminatının dəyandırılması planlaşdırılır. 

İşlər başa çatdırıldıqdan sonra qazın verilməsi bərpa olunacaq.

tag: Qax,26 kənd,Qaz,Fasilə,Kəsinti,Todaypress.az,