Qarabağ veteranları üçün hansı güzəştlər nəzərdə tutulur? - AÇIQLAMA

Cəmiyyət

01.08.2024 15:50

"Azərbaycanda qazi və şəhid ailələri üçün dövlət tərəfindən imtiyazlar və sosial dəstək xidmətləri artıq  həyata keçirilir. Lakin arzuolunandır ki, ictimai nəqliyyatda da həmin şəxslər üçün ən azı güzəştli imkanlar yaradılsın". 

Bu sözləri TodayPress-ə verdiyi açıqlamasında sosioloq Üzeyir Şəfiyev deyib.

O, bildirib ki, ev, iş məsələlərində olduğu kimi, gərək ictimai nəqliyyatda da həmin şəxslərə xüsusi yanaşma olsun, güzəştli şərtlər tətbiq edilsin. Türkiyədə və bir sıra ölkələrdə də buna örnəklər var. Güman edirəm ki, Azərbaycanda da yaxın perspektivdə güzəştlər nəzərdə tutula bilər. 

“Güzəşt dedikdə ödənişin 100-də 50-lik hissəsindən və ya tam azad olunma nəzərdə tutulur. Xüsusi kartlardan da istifadə edilə bilər. Ümid edirik ki, tez bir zamanda bu layihə həyata keçirilər”.

Məsələni dəqiqləşdirmək üçün TodayPress, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə sorğu ünvanladı. Qurumdan isə gələn cavabda məsələnin onların səlahiyyətlərində olmadığı bildirildi.

Töhfə Səməd

tag: Qazi, Veteran,Nəqliyyat, Üzeyir Şəfiyev,Azərbaycan, todaypress.az,

photo