Qanunsuz ağac kəsən 8 nəfər saxlanıldı

Cəmiyyət

10.10.2024 10:22

İsmayıllı Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə İvanovka və Qalacıq kəndlərindəki meşə massivlərində ağacların naməlum şəxslər tərəfindən qanunsuz kəsilməsi faktları aşkar olunub. 

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan TodayPress-ə bildirilib ki, 6 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları ilə birgə əraziyə baxış keçirilib və əməli törədən 8 nəfər polis əməkdaşları tərəfindən müəyyən olunaraq saxlanılıb. 

Faktlarla bağlı araşdırmalar davam etdirilir.

tag: İsmayıllı,Ağac,DİN,Ekologiya,Todaypress.az,