Qafar Dəmirçi azadlığa buraxıldı
Cəmiyyət
20.12.2024 06:34
Şəkidə meşəlik ərazini kəsməklə təbiətə külli miqdarda ziyan vurmaqda ittiham olunaraq həbs edilən “AQA Şirkətlər Qrupu”nun icraçı direktoru Qafar Dəmirçi azadlığa buraxılıb.
TodayPress xəbər verir ki, bununla bağlı bu gün Nərimanov rayon məhkəməsi qərar verib.
Məhkəmədə Baş Prokurorluğun təqdimatına baxılıb.
Təqdimat həbs qətimkan tədbirinin vaxtından əvvəl ləğvi ilə bağlı olub.
Məhkəmə təqdimatı təmin edib. Dəymiş ziyan tam ödənildiyi üçün
onun barəsində həbs qətimkan tədbirinin ləğvi barədə qərar çıxarılıb.
tag: Qafar, Dəmirçi, Həbs, Baş Prokurorluq, Məhkəmə, todaypress.az,