Pomidor turşusundan zəhərlənən qadın xəstəxanada öldü
Cəmiyyət
14.11.2024 20:16
Sumqayıtda pomidor
turşusundan zəhərlənən qadın xəstəxanada ölüb.
TodayPress xəbər verir ki, hadisə Ceyranbatan bağları ərazisində
qeydə alınıb.
1971-ci il təvəllüdlü Elnarə Qəfərova yaşadığı mənzildə
pomidor turşusundan zəhərləndiyi üçün noyabrın 12-də Bakıda xəstəxanaya
müraciət edib. İki gün sonra müalicə aldığı xəstəxanada ölüb.
Faktla bağlı Sumqayıt şəhər Prokurorluğunda araşdırma
aparılır.
tag: Sumqayıt,