Polisə silahlı müqavimət göstərən şəxs zərərsizləşdirildi

Cəmiyyət

16.12.2024 20:16

Törətdiyi cinayət əməllərinə görə axtarışda olan şübhəli şəxs Qusar rayonunda saxlanılarkən odlu silahla polis əməkdaşlarına müqavimət göstərib.

DİN-in Mətbuat Xidmətindən TodayPress-ə verilən məlumata görə 30 yaşlı, əvvəllər dəfələrlə məhkum olunmuş Alxas Şıxmətov polis əməkdaşları tərəfindən zərərsizləşdirilib.


Faktla bağlı araşdırma aparılır.

 

tag: Polis, DİN, Qusar, Müqavimət, Cinayət, todaypress.az,