Ötən il 117 üçəm doğuldu

Cəmiyyət

18.02.2025 07:12

2531

2024-cü ildə Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 102310 doğulan körpə qeydə alınıb və 2023-cü illə müqayisədə əhalinin hər 1000 nəfərinə bu göstərici azalaraq 11,1-dən 10,0-a düşüb.

TodayPress xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.

Bildirilib ki, doğulan körpələrin 53,0 faizi oğlan uşaqları, 47,0 faizi isə qız uşaqları olub.

Körpələrdən 3386-ı əkiz, 117-i üçəm, 4-ü isə dördəm doğulub.

 

tag: Üçəm, Doğum, Statistika, Ədliyyə, Oğlan ,Qız, Uşaq, todaypress.az,