"Oracle Advisory Group” "exit-poll" üzrə partiyaların səstoplama siyahısını açıqladı

Cəmiyyət

01.09.2024 23:56

ABŞ-nin "Oracle Advisory Group” təşkilatının təmsilçisi George Birnbaum növbədənkənar parlament seçkiləri ilə əlaqədar "exit-poll"un nəticələrinə əsasən, partiyaların səstoplama siyahısını açıqlayıb.

TodayPress xəbər verir ki, exit-poll nəticələrinə əsasən, parlamentdə Yeni Azərbaycan Partiyası (YAP) - 63, Vətəndaş Həmrəyliyi Partiyası (VHP) 3,
Bütöv Azərbaycan Partiyası (BAP ) 1, REAL 1, Milli Cəbhə Partiyası (MCP ) 1, Azərbaycan Demokratik Maarifçilik Partiyası (AMDP) 1 və Azərbaycan Milli İstiqlal Partiyası (AMİP) 1 nəfərlə təmsil olunacaq. Bundan başqa, 46 nəfər bitərəf namizəd var.

Qeyd edək ki, "Oracle Advisory Group” Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən altı seçki dairəsini əhatə etməyib.

tag: Exit-Poll,Seçki,Parlament, YAP,todaypress.az,