Ölkədə taksi və avtobuslara yeni fərqlənmə nişanları verildi
Cəmiyyət
17.10.2024 20:00
Rəqəmsal İnkişaf və
Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) taksi
və avtobuslara yeni fərqlənmə nişanları verib.
TodayPress bu barədə agentliyə istinadən xəbər verir.
"Taksi və avtobus xidməti üzrə müraciətlər əsasında fərqlənmə nişanı verilmə prosesi uğurla davam edir. Bu dəfə 26 daşıyıcıya 52 xidmət üzrə fərqlənmə nişanları təqdim edilib. Bu istiqamətdə işlər davam etdirilir" deyə agentlik bəyan edib.
tag: Taksi, Azərbaycan, Avtobus, Nəqliyyat, Fərqlənmə Nişanı,