Oktyabrın son günü dumanlı hava olacaq
Cəmiyyət
30.10.2024 15:10
Bakıda və Abşeron yarımadasında oktyabrın 31-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, gecə və səhər bəzi yerlərdə arabir yağış yağacağı, duman olacağı gözlənilir.
Milli Hidrometeorologiya Xidmətindən TodayPress-ə verilən məlumata görə, şimal-qərb küləyi səhər mülayim cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 9-13° isti, gündüz 15-20° isti olacaq.
Atmosfer təzyiqi 767 mm civə sütunundan 764 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 80-90 %, gündüz 70-75 % olacaq. Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin gecə və səhər bəzi şərq rayonlarında arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir.
Arabir duman olacaq. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə 5-9° isti, gündüz 17-22° isti, dağlarda gecə 1-6° şaxta, gündüz 5-10° isti olacaq.
tag: Hava, Yağışlı, Temperatur, Rütubət,Külək,Todaypress.az,