Oğlunu əsgər yola salan ana qəfil öldü
Cəmiyyət
28.01.2025 05:23
Zaqatala sakini Rayon Mərkəzi Xəstəxanasında
dünyasını dəyişib.
TodayPress lent.az-a istinadən xəbər verir ki, rayonun Yeni Suvagil kənd
sakini, 1979-ci il təvəllüdlü Mehmanə Nurməmməd qızı Əminova bu gün səhər
saatlarında yaşadığı ünvandan Təcili Tibbi Yardım çağırışı ilə Zaqatala Rayon
Mərkəzi Xəstəxanasının (RMX) Təcili Tibbi Yardım şöbəsinə təxliyə olunub.
M. Əminova
Zaqatala RMX-nın Təcili Tibbi Yardım şöbəsinə daxil olduqdan bir qədər sonra
dünyasını dəyişib.
Qeyd edək ki,
M.Əminova Yeni Suvagil kənd tam orta məktəbində coğrafiya müəllimi işləyib.
Onların evində ötən gecə övladının hərbi xidmətə yola salmaları ilə əlaqədar
mərasim təşkil olunubmuş.
tag: Ana,Əsgər, Oğul, Ölüm, todaypress.az,