Nərimanovun bir hissəsində qaz olmayacaq
Cəmiyyət
13.02.2025 17:30
Sabah Bakının Nərimanov rayonunun bəzi küçələrində qaz təchizatı müvəqqəti dayandırılacaq.
Bu barədə TodayPress-ə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib.
Bildirilib ki, Nərimanov rayonunda yol tikintisi ilə əlqədar olaraq qaz xəttinin yerinin dəyişdirilməsi işləri həyata keçiriləcək.
Bu səbəbdən fevralın 14-də saat 10:00-dan etibarən qaz təchizatı dayandırılacaq. Qaz təchizatı dayandırılan müddətdə Ə. Əliyev 63 və Ə. Əliyev 26 küçələrində yaşayan istehlakçıların qaz təchizatında müvəqqəti fasilə yaranacaq.
tag: Bakı,Nərimanov,Küçə,Qaz,Təchizat,Todaypress.az,