Nərimanov rayonunda yolda təmir işləri aparılır
Nərimanov rayonu, Atatürk prospekti ilə Ceyhun Hacıbəyli küçəsinin kəsişməsində aidiyyəti dövlət qurumu tərəfindən yolda təmir işləri aparılır.
Bu barədə TodayPress-ə DYP-dən məlumat verilib.
Bu səbəbdən metronun “Gənclik” stansiyası istiqamətində nəqliyyat vasitələrinin hərəkətinə fasilələrlə məhdudiyyət tətbiq edilir.
tag: DYP,DİN,Məlumat,Yol,Təmir,Nərimanov,Todaypress.az,