Naxçıvanın bəzi ərazilərində işıq olmayacaq
Cəmiyyət
17.02.2025 21:20
Naxçıvan şəhərinin elektrik
enerjisinin verilişində fasilə yaranacaq.
TodayPress xəbər verir ki, 110/35/10 kV "Xalçaçılıq"
yarımstansiyasından qidalanan 16 №-li 10 kilovoltluq hava elektrik verilişi
xətti yeni çəkilən xəttə köçürmə işləri ilə əlaqədər sifarişə əsasən açılacaq.
Bununla əlaqədar
18 fevral 2025-ci il tarixində saat 11:00-dan 12:00-a qədər Naxçıvan şəhərinin
56 və 58-ci məhəllələrində elektrik enerjisinin verilişində qısamüddətli
məhdudiyyət yaranacaq.
Köçürmə işləri
başa çatdıqdan sonra sözügedən xətt üzərində olan ərazilər daha keyfiyyətli
elektrik enerjisi ilə təmin olunacaq.
tag: Naxçıvan, Elektrik, Enerji, Fasilə, Məhəllə, todaypress.az,