Naxçıvanda küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq edildi

Cəmiyyət

29.04.2025 21:50

9

Aprelin 29-30-da Naxçıvan Muxtar Respublikasında gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib.

Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Hidrometeorologiya Mərkəzindən TodayPress-ə  verilən məlumata görə, sarı xəbərdarlığa uyğun olaraq muxtar respublikanın bütün rayonlarında, eləcə də Naxçıvan şəhərində fasilələrlə qərb küləyi əsəcək və küləyin sürəti 13,9-20,7 m/san təşkil edəcək.

Sarı xəbərdarlığa uyğun olaraq ictimai təhlükəsizliyə, yaşayış sahələrinə və əmlaka risklər gözlənilir.

tag: Naxçıvan, Xəbərdarlıq, Sarı,Külək, todaypress.az,