Naxçıvanda hava şəraiti ilə bağlı narıncı xəbərdarlıq elan edildi

Cəmiyyət

13.12.2024 21:52

Dekabrın 14-də Naxçıvan Muxtar Respublikasında gözlənilən küləkli hava şəraiti ilə bağlı narıncı xəbərdarlıq verilib.

Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Hidrometeorologiya Mərkəzindən TodayPress-ə verilən məlumata görə, narıncı xəbərdarlığa uyğun olaraq muxtar respublikanın bütün rayonlarında, eləcə də Naxçıvan şəhərində fasilələrlə qərb küləyinin əsəcəyi və küləyin sürəti 20,8-25 m/san təşkil edəcək.

Narıncı xəbərdarlığa uyğun olaraq ictimai təhlükəsizliyə, yaşayış sahələrinə və əmlaka yüksək risklər gözlənilir.

 

tag: Naxçıvan, Ekologiya, Hava, Xəbərdarlıq, Narincı, todaypress.az,