Naxçıvanda bir sıra dönərxanalarda nöqsanlar aşkarlandı
Cəmiyyət
26.03.2025 20:30
Naxçıvan Muxtar Respblikası Qida
Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən dönər satışı həyata
keçirilən qida obyektlərində bayram günlərində qida zəhərlənmələrinin
qarşısının alınması məqsədi ilə növbəti dövlət nəzarəti tədbirləri həyata
keçirilib.
TodayPress xəbər
verir ki, muxtar respublikanın müxtəlif ərazilərində baş tutan nəzarət
tədbirləri zamanı dönərxanalarda hazırlanan dönərlərin keyfiyyət və
təhlükəsizliyinin qiymətləndirilməsi aparılıb.
Dövlət nəzarəti tədbirləri nəticəsində muxtar
respublikada fəaliyyət göstərən 48 dönərxanada monitorinqlər keçirilib.
Monitorinqlər zamanı aşağıda adları qeyd olunan
dönərxanalarda nöqsanlar aşkar edilib:
- Naxçıvan şəhəri, Ə.Əliyev küçəsi, ev 46 ünvanında
fəaliyyət göstərən “Dan Yeri Kafe”;
- Naxçıvan şəhəri, Nizami küçəsi, Əcəmi seyrəngahında fəaliyyət göstərən “Tac
Dönər”;
- Naxçıvan şəhəri, Ə.Qəmküsar küçəsində fəaliyyət göstərən “Qızılay” restoranı;
- Naxçıvan şəhəri, Heydər Əliyev prospektində fəaliyyət göstərən “Sizin Kafe” ;
- Naxçıvan şəhəri, Ə.Əliyev küçəsi, Cahan Ticarət Mərkəzində fəaliyyət göstərən
Babayev Nizami Abbas oğluna məxsus dönərxana;
- Naxçıvan şəhəri, Ə.Əliyev küçəsi fəaliyyət göstərən Kərimov Əhməd Məhəddin
oğluna məxsus dönərxana;
- Naxçıvan şəhəri, Ə.Əliyev küçəsi, Cahan Ticarət Mərkəzində fəaliyyət göstərən
Abbasov İlqar Tağı oğluna məxsus dönərxana;
- Naxçıvan şəhəri, Əziz Əliyev küçəsi, Cahan Ticarət Mərkəzində fəaliyyət
göstərən Xəlilov Məmməd Əli oğluna məxsus dönərxana;
- Naxçıvan şəhəri, Ə.Əliyev küçəsi, Cahan Ticarət Mərkəzində fəaliyyət göstərən
“Tac Dönər”;
- Naxçıvan şəhəri, Atabəylər küçəsində fəaliyyət göstərən “Real Dönər”;
- Naxçıvan şəhəri, Əliabad qəsəbəsində fəaliyyət göstərən Vəliyev Xəyal Əbülfət
oğluna məxsus dönərxana;
- Naxçıvan şəhəri, Əlincə məhəlləsində fəaliyyət göstərən “Nənəmin Təndiri
Dönər”;
- Şərur şəhəri, Heydər Əliyev prospektində fəaliyyət göstərən “Ailə Dönər”.
Aparılmış monitorinqlər zamanı dönərxanalarda əvvəlki tarixdə bişirilmiş
bişmiş dönərin yenidən istehlakçıya təqdim olunması üçün soyuducuda
saxlanıldığı, üzərində heç bir etiket məlumatları olmayan, yararlılıq müddəti
bitmiş məhsullardan istifadə edildiyi, temperatur rejiminə əməl olunmadığı,
bəzilərinin qida təhlükəsizliyi qeydiyyatından keçmədən fəaliyyət göstərdiyi
müəyyən edilib. Bunun nəticəsi olaraq 21.745 kq bişmiş toyuq əti dönəri, 2.5 kq
bişmiş mal əti dönəri, 4.8 kq bibər turşusu, 10.135 kq mayonez məhsulları
şübhəli hesab olunduğu üçün, 1 paket göbələk, 16 ədəd alkoqolsuz qazlı içki
yararlılıq müddəti bitdiyi üçün toxunulmazlığı təmin edilib, 8 halda bişmiş
toyuq əti dönəri, 1 halda bişmiş mal əti dönəri, 2 halda mayonez və 2 halda
bibər turşusundan nümunələr götürülərək sınaqların aparılması üçün Naxçıvan
Qida Təhlükəsizliyi İnstitutunun Mərkəzi Qida Sınaq Laboratoriyasına təqdim
edilib.
Agentlik tərəfindən yoxlama-nəzarət
tədbirləri davam etdirilir. Müvafiq araşdırmalar və aparılan monitorinqlərin
növbəti nəticələri barədə ictimaiyyətə məlumatlar veriləcək.