Naxçıvana qar yağdı
Naxçıvan Muxtar Rəspublika ərazisində qeyri-sabit hava şəraiti müşahidə olunur, bəzi dağlıq ərazilərdə qar yağıb.
Naxçıvan Muxtar Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Hidrometeorologiya Mərkəzindən TodayPress-ə verilən məlumata əsasən, Şahbuz rayonunun Batabat ərazisinə 8 sm, Kükü, Biçənək kəndlərinə isə 2 sm qar yağıb.
Muxtar respublika ərazisində müşahidə olunan qeyri-sabit hava şəraitinin aprel ayının 17-dək davam edəcəyi, bəzi yerlərdə yağış yağacağı şimşək çaxacağı gözlənilir. Yağıntıların ayrı-ayrı yerlərdə intensiv olacağı, dolu düşəcəyi, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Qərb küləyi üstünlük təşkil edəcək, bəzi yerlərdə arabir 20 m/san-dək güclənəcək. Temperatur gecə 1-6° isti, gündüz 11-16° isti olacaq.
tag: Naxçıvan,Hava,Qar,Şahbuz,todaypress.az,