Mustafa Abbasbəyli vəzifəsindən azad edildi

Cəmiyyət

29.05.2024 12:21

Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri Mustafa Abbasbəyli vəzifəsindən azad edilib. Bu barədə TodayPress-ə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib.

Bildirilib ki, M. Abbasbəyli başqa işə keçməsi ilə əlaqədar vəzifəsindən azad olunub.

Xatırladaq ki, o, 2 iyul 2020-ci ildən etibarən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri vəzifəsində çalışırdı.

tag: Dövlət Məşğulluq Agentliyi,Mustafa Abbasbəyli,Sosial, Cəmiyyət,todaypress.az,