Müşavir: “10 yeni stansiyanın yeri dəqiqləşdirilir”

Cəmiyyət

07.04.2025 10:25

13

“10 yeni stansiyanın yeri dəqiqləşdirilir”.   

TodayPress xəbər verir ki, bunu “Bakı Metropoliteni” QSC-nin sədrinin müşaviri Emil Əhmədov deyib. 

Onun sözlərinə görə, bununla bağlı ictimaiyyətə əlavə məlumatlar təqdim olunacaq. 

“Yeri gəlmişkən bu 10 stansiya rasında olan “Ağşəhər” və NZS qəsəbəsində tikiləcək stansiyalar xətlərin ayrılmasını tamamlamaq və intervalı azaltmaq üçün çox vacibdir. Bənövşəyi xətdə isə  6 yeni stansiya inşa ediləcək. Nəticədə bu xətdə də intervallar azaldılacaq. “Nizami” və “Sahil” stansiyalarında Yaşıl və Qırmızı xətlərlə keçidlər yaradılacaq. Dövlət proqramının yekununda isə sərnişindaşımada metronun gücü 88 milyon nəfər artırılacaq”.

Töhfə Səməd

tag: Metro,QSC,Emil Əhmədov,Bakı,Todaypress.az,