MN-də 143 milyonluq mənimsəmə: daha iki vəzifəli şəxs həbs edildi
Cəmiyyət
03.06.2024 12:00
Müdafiə
Nazirliyində 143 milyonluq mənimsəmə faktı ilə bağlı müxtəlif hərbi hissələrdə
çalışmış daha iki maliyyə xidmət rəisi həbs edilib.
TodayPress
xəbər verir ki, Dövlət Təhlükəsizliyi Xidmətində davam edən cinayət işi çərçivəsində
müxtəlif hərbi hissələrdə maliyyə xidmət rəisi vəzifəsində çalışmış Cəbrayıl
Orucov və Vahid Novruzlu təqsirləndirilən şəxs qismində cəlb edilib.
Onların
hər ikisi barəsində Cinayət Məcəlləsinin 179.4-cü (xüsusilə külli miqdarda mənimsəmə)
maddəsi ilə ittiham verilib.
DTX-nin
İstintaq baş idarəsi tərəfindən sabiq maliyyə xidmət rəisləri barəsində həbs qətimkan
tədbiri seçilməsi ilə bağlı məhkəməyə vəsatət verilib.
Bakı
Hərbi Məhkəməsi tərəfindən hər iki şəxs barəsində 4 aylıq həbs qətimkan tədbiri
seçilib.
Hər
iki şəxs istintaqı və məhkəmə baxışı davam edən işlər üzrə dövlət büdcəsinə dəymiş
ziyanı hazıradək ödəmədiyi üçün barələrində hüquqi məsuliyyət tədbirlərinin
görüldüyü məlum olub.
tag: Məhkəmə, Cinayət, Vəzifəli,Bakı, todaypress.az,