Minskdə Zəfər günü xüsusi işıq proyeksiyası ilə nümayiş etdirildi

Cəmiyyət

08.11.2024 11:38

Azərbaycanın Zəfər Günü münasibətilə Belarusun paytaxtı Minskdə yerləşən Milli Kitabxana binasının üzərində Azərbaycan Bayrağı və Zəfərə aid simvolları əks etdirən xüsusi işıq proyeksiyası nümayiş olunub.

TodayPress xəbər verir ki, işıq proyeksiyası Belarusda fəaliyyət göstərən Azərbaycan Ticarət Evinin təşəbbüsü ilə həyata keçirilib.

Tədbir Azərbaycan mədəniyyətinin və tarixinin Belarus ictimaiyyətinə tanıdılması baxımından böyük əhəmiyyət kəsb edir.

tag: Azərbaycan, Zəfər Günü, Minsk, Belarus, Mədəniyyət, todaypress.az,