Milli Məclisə seçkilərlə bağlı səsvermə başa çatdı

Cəmiyyət

01.09.2024 19:24

Azərbaycan Respublikası Milli Məclisinə növbədənkənar seçkilərlə əlaqədar səsvermə başa çatıb.

TodayPress xəbər verir ki, seçkilər ölkə üzrə 125 seçki dairəsinin ərazisində formalaşdırılmış 6 min 478 seçki məntəqəsində keçirilib.

Seçki məntəqələri saat 8:00-da açılıb və 19:00-da bağlanıb.

Parlament seçkilərində 125 deputat mandatı uğrunda 990 namizəd mübarizə aparıb. Azərbaycanda seçicilərin ümumi sayı 6 milyon 421 min 960 nəfərdir.

Mərkəzi Seçki Komissiyasının saat 17:00 üçün açıqladığı məlumata görə, seçicilərin 33,82 faizi (2 milyon 172 min 87 nəfər) səsvermə hüququndan istifadə edib

tag: Seçki,MSK,Parlament,Deputat,todaypress.az,