Millət vəkili: “Su məsələləri ilə yanaşı, quraqlıq da ciddi narahatlıq yaradır”

Cəmiyyət

16.10.2024 11:40

1601

“Su məsələləri ilə yanaşı quraqlıq da ciddi narahatlıq yaradır. Qadınlar isə hər iki situasiyada əziyyət çəkirlər. Ona görə də biz istər COP29, istərsə də digər konfranslar çərçivəsində çalışacıq ki, bu problemi həll edək”. 

TodayPress xəbər verir ki, bunu Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələrkomitəsinin sədr müavini, COP29 təşkilat komitəsinin üzvü Nigar Arpadarai  “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) həsr olunmuş “Su və gender bərabərliyi” mövzusunda keçirilən konfransın “Təhsildə gender bərabərliyi və su ehtiyatlarıidarəçiliyi: Bərabər iştirakın təmin edilməsi” adlı panel sessiyada deyib. 

Onun sözlərinə görə, su ehtiyyatları məsələsi ciddi problemdir və buna görə də birgə fəaliyyət prioritet olmalıdır. 

Qeyd edək ki, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi və ADA Universitetinin birgə təşkilatçılığı ilə baş tutan tədbirdə dövlət qurumları və beynəlxalq təşkilatların nümayəndələrinin, Milli Məclisin deputatları, eləcə də tələbələr iştirak edir.

Töhfə Səməd

tag: COP29, Konfrans ,ADA ,Qadınlar, Milli Məclis ,todaypress.az,