Millət vəkili: “Məzhəbçiliyin bütün növlərini rədd etməliyik”

Cəmiyyət

16.10.2024 11:20

"İdeoloji təhdid sonradan hərbi təhdidlə əvəzlənir. Bu, dövlətə çox ciddi təhlükə yaradır".

TodayPress xəbər verir ki, millət vəkili Sahib Aliyev bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tabeliyindəki Azərbaycan İlahiyyat İnstitutu (Aİİ) və Mənəvi Dəyərlərin Təbliği Fondunun birgə təşkilatçılığı ilə “Müasir dini təhsil modelləri ənənələr və qlobal çağırışlar kontekstində” mövzusuna həsr olunan respublika elmi-praktik konfransında bildirib. 

Deputat qeyd edib ki, hazırda Yaxın Şərqdə ideoloji təhdid geniş yayılıb:

"Çağdaş dövrdə məzhəbçiliyin bütün növlərini rədd etməliyik. Hazırda məzhəbçiliyin gizli şəkildə təbliğatı da gedir. Gələcəkdə bununla bağlı qanunvericilikdə hansısa dəyişikliklərə də ehtiyac olacaq".

Qeyd edək ki, tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin və tabeliyindəki qurumların rəhbərliyi, Azərbaycan Respublikası Prezidentinin Administrasiyası, Elm və Təhsil Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi və Qafqaz Müsəlmanları İdarəsinin nümayəndələri, Milli Məclisin deputatları, eləcə də dini icma sədrləri iştirak ediblər.  

Günəş Mərd

tag: Millət Vəkili, Azərbaycan, Dini Təhsil ,Dini Qurum ,todaypress.az,