Millət vəkili həyacan təbili çaldı: “O, uşaqların günahı nədir?"

Cəmiyyət

03.06.2024 16:42

"Azərbaycanın ailə modeli hər zaman bütün dünyaya nümunəvi şəkildə nümayiş olunub. Amma görün indi vəziyyət hansı həddə gəlib çıxıb ki, dünyada selektiv abortlara görə birinci yerdəyik. O, uşaqların günahı nədir?". 

TodayPress xəbər verir ki, bunu  millət vəkili Hicran Hüseynova Nəsimi rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə “Ailədaxili şiddət və onun fəsadları” mövzunda keçirilən tədbirdə deyib.

Onun sözlərinə görə, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi bu istiqamətdə böyük işlər görür, Milli Məclis bu məsələni daim diqqətdə saxlayır:

"Biz özümüz də ictimai qınaq vasitəsilə bu işə müdaxilə etməliyik, bundan kənarda qalmamalıyıq"

 Günəş Mərd

tag: Millət Vəkili, Həyəcan, Ailə, Hicran Hüseynova, todaypress.az,