MİDA ağacəkmə aksiyası keçirdi

Cəmiyyət

08.05.2025 16:50

77

“Konstitusiya və Suverenlik İli” çərçivəsində Mənzil İnşaatı Dövlət Agentliyi və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin birgə təşkilatçılığı ilə mayın 7-də Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunmuş ağacəkmə aksiyası keçirilib.

Bu barədə TodayPress-ə MİDA-dan məlumat verilib.

Müşfiqabad qəsəbəsində təşkil olunan aksiyada Mənzil İnşaatı Dövlət Agentliyinin İdarə Heyətinin sədri Sadiq Sadıqov, ekologiya və təbii sərvətlər nazirinin birinci müavini Rəşad İsmayılov, həmçinin hər iki qurumun nümayəndələri və ekokönüllülərin iştirakı ilə Abşeron yarımadasının torpaq-iqlim şəraitinə uyğun olan Eldar şamı və zeytun ağacları əkilib.

tag: MİDA,Ağacəkmə,Aksiya,Ulu Öndər,Heydər Əliyev,Todaypress.az,

photo
photo
photo
photo
photo