Metroda baş verən gecikmənin səbəbi açıqlandı – Rəsmi
"Dərnəgül-Bakmil" istiqamətində hərəkət edən qatarın vaqonlarından birinin qapısının bağlanmasında nasazlıq ehtimalı olduğuna görə sərnişinlər düşürülüb”.
Bu barədə TodayPress-ə “Bakı Metropoliteni” QSC-dən məlumat verilib.
Bildirilib ki, qrafikə uyğun olaraq "Bakmil" stansiyasından "Nərimanov" elektrik deposuna hərəkət etməli olan qatara texniki baxışın depo şəraitində keçirilməsi qərarı verilib.
Hazırda hərəkət bərpa olunur.
Töhfə Səməd
tag: Metro,Nasazlıq,Dərnəgül,Bakmil,Baxış,todaypress.az,