Mənimsəməyə görə həbs edilən maliyyə xidmət rəisinə hökm oxundu
Cəmiyyət
16.01.2025 22:44
Müdafiə Nazirliyinin tabeliyində olan hərbi hissələrdə mənimsəməyə görə həbs edilən, nazirliyin müxtəlif hərbi hissələrdə maliyyə xidmət rəisi olmuş Cəbrayıl Orucov 2 il vəzifə tutmaq hüququndan məhrum edilməklə, 10 il müddətinə azadlıqdan məhrum olunub.
TodayPress xəbər verir ki, bu barədə qərar yanvarın 16-da Bakı Hərbi Məhkəməsində hakim Bilal Məmmədovun sədrliyi ilə keçirilən məhkəmə prosesində qərar qəbul olunub.
Məlumat üçün bildirək ki, Orucov keçən ilin mayında Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq baş idarəsi tərəfindən saxlanılıb və ona Cinayət Məcəlləsinin 179.4-cü (xüsusilə külli miqdarda mənimsəmə) maddəsi ilə ittiham elan olunub.
Aynur TAC
tag: Müdafiə Nazirliyi, Həbs,DTX, Cəbrayıl Orucov, Məhkəmə, İstintaq, todaypress.az,